Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın avqustun 14-də günorta saatlarında söndürülüb.
Yanğın nəticəsində təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb.
***
17:15
Avqustun 13-də Qəbələ rayonundakı yanğının söndürülməsinə FHN-nin ikinci helikopteri cəlb olunub.
Yanğın 11 avqust tarixində Tikanlı kəndi yaxınlığındakı dağlıq ərazidə başlayıb.
Hazırda yanğının söndürülməsi əməliyyatlarında FHN-nin işçiləri və 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.
FHN-nin statistikasına əsasən, 2021-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1180 olmuşdur. Yanğın hadisələri zamanı 23 nəfər həlak olub, 81 nəfər xəsarət alıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.