Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, dağlıq ərazidə 11 avqust tarixində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlkin məlumata görə, təxminən 4 ha sahədə quru ot və kol-kos yanır.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri və helikopter cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daha öncə, avqustun 1-də Yardımlıda, avqustun 3-də Lənkəranda və avqustun 4-də Ağsuda yanğın baş vermişdi. Hər üç yanğın artıq söndürülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.