TÖVSİYƏ XƏBƏRLƏR

Qırmızı kitaba düşmüş quşları ovlayanlar saxlanılıb

Biləsuvarın Ağalıkənd kəndində “Qırmızı kitab”a düşmüş quşları ovlayan iki nəfər saxlanılıb. Bu barədə yanvarın 19-da Daxili İşlər Nazirliyindən məlumat verilib.

Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları Turac quşları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, “Qırmızı kitab”a daxil edilən heyvan və bitki növlərinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi 500 manatdan 700 manatadək cərimə ilə cəzalandırılır.