Xaçmaz rayon ərazisində ov edən iki nəfər saxlanılıb. Bu barədə sentyabrın 21-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Brakonyerlərə məxsus avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb.
Qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.