Qızıl Xaç Komitəsinin nümayənələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkib

Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayeva baş çəkiblər. Bu haqda BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova sentyabrın 7-də məlumat verib.

“Komitə saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə qurmağına şərait yaratsın”, – qurum rəsmisi deyib.

Bundan əvvəl, sentyabrın 3-də Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov əsgər Babayev ilə görüşüb.  Görüş zamanı o hərbçinin sağlamlıq vəziyyəti ilə tanış olub.

Avqustun 25-də Azərbaycan əsgəri Cəmil Babayev ermənilər tərəfindən Ağdərədə mənzillərin birində saxlanılıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda əsgər Babayevin Gəncədəki hospitalın psixiatriya şöbəsini özbaşına tərk etdiyi qeyd olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qızıl Xaç Komitəsinin nümayənələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkib”

Tövsiyə xəbərlər