Qızılağac Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb. Bu barədə sentyabrın 17-də Daxili İşlər Nazirliyindən məlumat verilib.

Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənovdan 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz tutduqları balıqlar aşkar olunaraq götürülüb. Saxlanılanlar ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurublar.

Sentyabr ayı ərzində qanunsuz balıq ovlayan 13 nəfər saxlanılıb və cərimələnib. Nəzarət tədbirləri Xəzər dənizinin Xızı və Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında keçirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qızılağac Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb”

Tövsiyə xəbərlər