“Qəbələ” klubu futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
“2021-ci ilin yayından “Qırmızı-qaralar”da forma geyinən 29 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb.
Məqsəd İsayev iki mövsüm ərzində 73 matçda 4 qol vurub. O, Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandanın heyətində Azərbaycan Kubokunun qalibi olub.