TÖVSİYƏ XƏBƏRLƏR

Qəbələdə narkotikin təsiri altında avtomobil sürən şəxs 10 sutka həbs edilib

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub. Bu barədə 29 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Sürücülük hüququ olmadan avtomobil idarə edən N.Səmədovun narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinə nəticəsinə sürücünün marixuanadan istifadə etdiyi aşkarlanıb.

N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati həbs edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx