Qəbələdə qanunsuz kömür istehsal edən şəxslər saxlanılıblar. Bu haqda məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İnsanoid-ə bu gün, 25 fevral tarixində verilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkarlanıb.
Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib.
Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.