TÖVSİYƏ XƏBƏRLƏR

Qəbirləri qazaraq qızıl dişləri oğurlayanlar tutulublar

Salyanda qəbirləri qazaraq dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlayan 3 nəfərdən ibarət dəstə saxlanılıb. Bu barədə İnsanoid bu gün, 2 iyun tarixində xəbər verir.

Rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisindəki qəbiristanlıqlarda iki qəbri qazaraq dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov saxlanılaraq, Salyan RPŞ-yə gətiriliblər.

Hər üç şəxs törətdiyi əməli etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək, bu dəfə başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər.

Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx