TÖVSİYƏ XƏBƏRLƏR

Qadınlar 8 Martda hədiyyə olaraq nə arzulayır?

8 Mart sevdiklərinizə nə qədər dəyər verdiyinizi onlara bir daha xatırlatmaq üçün əla fürsətdir. İnsanoid hər zövqə uyğun 10 hədiyyədən ibarət olan siyahı hazırlayıb.

Kosmetikadan istifadə edən qadınlar üçün makiyaj dəsti uğurlu variantdır. “NYX” mağazasında kosmetika dəstlərini 20% endirimlə zövqə uyğun yığdırmaq mümkündür. Tuş, ənlik, konsiler, dodaq boyası və göz kölgəsi olan dəstlər 75-100 manata başa gəlir.

Həmçinin qadınlara zinət əşyaları hədiyyə etmək olar. Pandora-da endirimlə 60 manatdan başlayaraq qolbaqlar, 50 manatdan başlayaraq şarmlar almaq olar. Üzüklərin qiyməti 50-90 manat arasında dəyişir.

Philips-in saç düzənləyicisi hər bir xanımın arzusuna çevriləcək. İrşad Elektronics-də belə fenin qiyməti 150 manatdır.

Sevdiklərinizə SPA-prosedurlarına hədiyyə kartı almaq olar. “Magic Touch” Spa Mərkəzində 140 manata SPA Paketi əldə etmək olar. Buraya üz liftinq masajı, bədən skrablanması və masajı daxildir.

Karaca-da 6 nəfərlik səhər yeməyi dəsti 70 manatdır. Dəstə 6 ədəd servis boşqabı, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 2 ədəd pendir qabı, 2 ədəd zeytun qabı, 4 ədəd mürəbbə qabı daxildir.

Bir çox qadınlar 8 Mart və ya hər hansı digər bayram üçün aksessuarları gözəl hədiyyə hesab edirlər.  ZARA-da çantaların qiyməti 59, 65 manatdır. MANGO-dan çantaları 46, 56, 70 manata almaq olar.

Adore” və “Sabina” ətriyyat və kosmetika mağazaları 50%-dək endirimlə ətirlər təqdim edir. Bu mağazalardan 120-300 manat civarında zövqə uyğun ətirlər almaq olar.

Ev xanımları üçün məişət texnikası ən uyğun hədiyyələrdən sayılır. Kontakt Home-dan 220 manata Philips multibişiricisi, 270 manata isə Tefal Multibişiricisini əldə etmək olar.

Qadınları sevindirəcək daha bir faydalı hədiyyə əl buxarlayıcısıdır. Bunu siz Umico-nun səhifəsindən 44 manata ala bilərsiniz.

Əlamətdar tarixlərdən asılı olmayaraq, qadınlar həmişə baxımlı görünmək istəyirlər. Bu səbəbdən baxım dəsti qadınları hər zaman sevindirən hədiyyələrdəndir. Yves Rocher-də gel, krem və losyon dəsti 30 manat təşkil edir.