TÖVSİYƏ XƏBƏRLƏR

Qafqaz üzrə nüfuzlu britaniyalı ekspert Üçüncü Qarabağ müharibəsindən xəbər verir

Qafqaz üzrə nüfuzlu britaniyalı ekspert Tomas de Vaal Qarabağ münaqişəsi ilə bağlı bölgənin Üçüncü Qarabağ müharibəsi astanasında olduğuna əmindir. Bu barədə AzFront 2 sentyabr tarixində xəbər verib.

Mövcud vəziyyətin analitik icmalında “Qara bağ” kitabının müəllifi, müharibənin, çox güman ki, artıq qaçılmaz olduğu fikrini müxtəlif variasiyalarda bildirib:

“Qarabağda yeni müharibə təhlükəsi hələ də var. Bakıda açıq şəkildə deyirlər ki, “separatçıları tərksilah etmək üçün hərbi əməliyyat keçirmək zaman məsələsidir”.

Söhbət hələ də Qarabağda qalan erməni silahlı birləşmələrinin “demilitarizasiyasından” gedir.

“… Heç bir erməni lideri Qarabağ ermənilərinə xəyanət kimi qəbul edilə bilən belə bir sülh müqaviləsini imzalamaz. Ermənistan hakimiyyətinin fikrincə, indi söhbət artıq suverenlikdən yox, Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyindən” və beynəlxalq təminatlardan gedir. Bir erməni məmuru mənimlə söhbətində belə bir fikir bildirdi ki, əgər Azərbaycan bu cür öhdəliklər götürməsə, “sülh müqaviləsi müharibə müqaviləsinə çevrilə bilər”.

Lakin Azərbaycan rəsmisi mənə bildirdi ki, Bakı güzəştə getməyə meyilli deyil: “Qüvvələr balansı dəyişib, ermənilər bunu başa düşməlidirlər”. Əliyevin möhtəşəm jestlər etmək niyyətində olmadığı açıq-aydındır. Onun nöqteyi-nəzərindən Azərbaycan – şəxsən özü də onilliklər ərzində ermənilər tərəfindən alçaldılıb. Axı onlar nəinki 1990-cı illərin əvvəllərindəki müharibədə qalib gəliblər, həm də Azərbaycanın Qarabağa bitişik olan daha 7 rayonunu tamamilə və ya qismən işğal ediblər.

Yarım milyondan çox azərbaycanlı bu bölgələrdən qaçmaq məcburiyyətində qaldı. 2020-2021-ci illərdə Azərbaycan 1990-cı illərdə itirilmiş ərazilərin əhəmiyyətli bir hissəsinə nəzarəti bərpa edəndə məlum oldu ki, ermənilər təkcə bu torpaqları zəbt etməyiblər, həm də, sistemli şəkildə oradakı bütün şəhər və kəndləri dağıdıb, yaşayış üçün yararsız hala salıblar”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx