TÖVSİYƏ XƏBƏRLƏR

“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib

Qaxdan olan şəhidin ailə üzvləri “Qalatasaray” futbol klubunun oyununa dəvət alıblar. Bu haqda bu gün, 23 mart tarixində “İnsanoid” Report-a istinadən xəbər verir.

Şəhid Fərid Dursunovun həyat yoldaşı və 2 oğlu “Qalatasaray”ın Bakıda keçiriləcək oyununa dəvət olunublar. Şəhidin övladları, İsa və Ömər isə “Qalatasaray” oyunçuları ilə birlikdə meydana çıxacaqlar.

“Ailəlikcə “Qalatasaray” azarkeşiyik, atam da bu klubun azarkeşi olub. Hər dəfə “Qalatasaray”ın oyunlarına baxardı. O, istərdi ki, “Qalatasaray” gəlsin, Azərbaycanda oynasın. Çox sevinirəm ki, bizi bu oyuna dəvət ediblər. Maraqlı olacaq, bir az da həyəcanlıyam”- deyə şəhidin oğlu İsa bildirib.

Şəhidin həyat yoldaşı isə xəbəri eşidən kimi bilet almaq istədiklərini, ancaq elə həmin gün “Qatasaray”dan zəng edərək onları dəvət etdiklərini qeyd edib.

Hazırda şəhidin məzarı başında Azərbaycanın üçrəngli bayrağı və çox sevdiyi “Qalatasaray” klubunun bayrağı dalğalanır.

”Qalatasaray” 26 mart tairixində Bakı Olimpiya stadionunda “Qarabağ”la qarşlaşacaq.

“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib
“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib
“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib
“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib
“Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib “Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib “Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib “Qalatasaray” şəhid olan azarkeşinin ailəsini oyuna dəvət edib
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx