TÖVSİYƏ XƏBƏRLƏR

“Qalatasaray” Türkiyə müstəqilliyinin 100-cü ilində çempion olub

“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb. Bu barədə İnsanoid bu gün, 31 may tarixində xəbər verir.

“Aslan” Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.

“Cim-bom” ən yaxın izləyicisi “Fənərbaxça”nı 5 xal qabaqlayaraq xallarının sayını 82-yə yüksəldib.

“Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.

“Sarı-qırmızılar” bu mövsümün son oyununu iyunun 4-də öz meydanlarında məhz “Fənərbaxça”ya qarşı keçirəcək.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx