Qanlı göl ətrafındakı ərazi tullantılardan təmizlənir. Bu haqda avqustun 24-də Report məlumat yayıb.
Təmizlik işlərinə Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin texnikası və əməkdaşları cəlb olunub.
Qeyd edək ki, daha öncə gölün ətrafının zibilliyə çevrilməsi barədə məlumat vermişdik.