Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 12 avqust tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduqları məlum olub. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1 480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb.