Fevralın 15-də Qızılağac Milli Parkında icazəsiz olaraq ovla məşğul olan Masallı rayon sakini saxlanılıb. Bu barədə Report məlumat verib.
Bununla yanaşı, Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz olaraq balıq ovlayan şəxs tutulub. Ondan istifadəsi qadağan olunmuş ov alətləri aşkarlanıb. Həmçinin suda olan 250 metrlik sintetik tor götürülüb.
Qanun pozucuları barəsində protokol tərtib edilib.