Sentyabrın 7-də qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.