Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan Siyəzən rayon sakini Ramin Zeynalov saxlanılıb. Bu barədə sentyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirliyin rəsmisi bildirib ki, faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.
Həmçinin keçirilən nəzarət tədbirləri nəticəsində qanunsuz ov edən Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov saxlanılıb və cərimələnib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.