TÖVSİYƏ XƏBƏRLƏR

Qanunsuz ov edən şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb

Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə 14 noyabr tarixində Report Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.