Qanunsuz silah gəzdirən 8 nəfər saxlanılıb

Qanunsuz silah gəzdirən 8 nəfər saxlanılıb

Polis “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz silah gəzdirən 8 nəfəri saxlayıb. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.

Nəticədə qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər – Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar.

Həmin şəxslərdə ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadə ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx