Dünən, 26 avqust tarixində UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. Qarabağ Şotlandiyanın Aberdin komandasına səfərdə 3-1 hesabı ilə qalib gəlib və Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bu qələbə ilə Qarabağ ardıcıl 8-ci dəfə avroliqaların qrup mərhələsinə adlayır. Qrup mərhələsinin püşkatması bu gün Bakı vaxtı ilə 15:30-da baş tutacaq. Ağdam təmsilçisi 2-ci səbətdə yer alıb.
Avroliqada ölkəmizin digər nümayəndəsi Neftçi səfərdə İsrailin Makkabi Hayfa klubuna 4-0 hesabı ilə məğlub olub və avrokuboklarda mübarizəni dayandırıb.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları 19 avqust tarixində keçirilib. Həmin oyunlarda Qarabağ Aberdinə 1-0 hesabı ilə qalib qəlib, Neftçi – Makkabi Hayfa qarşılaşması isə 2-2 hesabı ilə başa çatıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.