“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb. Bu barədə 10 sentyabr tarixində “Qarabağ” futbol klubunun rəsmi Facebook səhifəsində məlumat yayılıb.

Biletlərin qiyməti 3,5,10 və 40 manat təşkil edir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Park Bulvar ticarət mərkəzindən, FAW-Azərbaycan mərkəzindən və iticket.az-ın (iticket.az-da onlayn satış) satış mərkəzlərindən əldə etmək olar.

Oyun 16 sentyabr tarixində Bakı Olimpiya stadionunda Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on ““Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb”

Tövsiyə xəbərlər