Azərbaycanın “Qarabağ” klubu bugün, sentyabrın 16-sı UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi İsveçrənin “Bazel” komandasını qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də Bakı Olimpiya stadionunda başlayacaq. Oyunu belçikalı FİFA referisi Erik Lambrexts idarə edəcək.
“Qarabağ”-ın yer aldığı H qrupunun digər görüşündə Qazaxıstanın “Kayrat” klubu Kiprin “Omoniya” komandasını qəbul edəcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.