Bugün, sentyabrın 30-da UEFA Konfrans Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək. “Qarabağ” növbəti oyununu səfərdə Kiprin “Omoniya” kollektivinə qarşı keçirəcək.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Nikosiya şəhərində keçiriləcək qarşılaşmanı şotlandiyalı hakim Bobbi Madden idarə edəcək. H qrupunun digər oyununda İsveçrənin “Bazel”i Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.
İlk turda Qurban Qurbanovun yetirmələri Bakıda “Bazel”lə qolsuz heç-heçə edib.
1-ci turdan sonra qrupda bütün komandaların hesabında 1 xal var.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.