Qarabağda törədilən ekoloji terror: zərər 265 milyard $ ətrafında dəyərləndirilir

İşğaldan azal edilən ərazilərin bərpası istiqamətində qarşıya çıxan ən ciddi problemlərdən biri ötən 30 il ərzində bölgənin ekoloji baxımdan çirklənməsi, təbiətin məhv edilməsidir.

Ekologiya və təbii sərvətlər naziri bildirib ki, Ermənistan ekoloji terror nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub. Ermənilər Oxçuçayı zəhərləməklə bütövlükdə Zəngilan, Araz çayı hövzələri və Xəzəryanı ölkələrin təbiət və heyvanat aləminə ciddi ziyan vurub. Ən çox ziyan isə Azərbaycan və İrana dəyir, çünki Oxçuçayın Araza axması bu çaylar boyunca ölkələrin quru sərhədlərinin də zəhərlənməsi deməkdir.

Qarabağ torpaqlarında basdırılan minaların partlaması həmin torpaqları yararsız vəziyyətə gətirir ki, oradakı meşə örtüyü məhv olur, əkinlə məşğul olmaq çətinləşir. Daha bir ekoterrorun nəticəsi Bəsitçay qoruğunda 300 illik ağacların məhv edilməsidir.

Qızıl yataqlarının istismarı üçün Kəlbəcərin təbiətinə də ciddi ziyan vurulub. Şərqi Zəngəzur iqtisadi rayonunda isə çoxsaylı çayların suyu qurudulub.

Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə vurduğu zərər 265,3 milyard dollar dəyərindədir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarabağda törədilən ekoloji terror: zərər 265 milyard $ ətrafında dəyərləndirilir”

Tövsiyə xəbərlər