Qarabağda tikilən hava limanlarının region üçün əhəmiyyəti nədir?

2021-ci ilin dövlət büdcəsindən Qarabağın bərpası üçün 2 milyard manat vəsait ayrılmışdır. Aparılan işlər arasında isə hava limanlarının tikintisi ön planda idi. Sentyabrın 5-də Füzuli beynəlxalq hava limanında ilk sınaq uçuşu baş tutmuşdur.

Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətləndirilməsinə imkan verəcək. Füzuli beynəlxalq hava limanı ilk növbədə bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək. Bu liman həm yerli, həm də xarici turistlərin regiona gəlişini asanlaşdıracaq, bölgədə turizmin inkişafına böyük təkan verəcək. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək.

Digər hava limanının  tikintisi isə Zəngilanda aparılır. Bu hava limanının 2022-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan ilə birləşdirmək üçün bu layihənin çox böyük əhəmiyyəti var.

Üçüncü aeroportun Kəlbəcərdə tikilməsi nəzərdə tutulurdu. Amma Kəlbəcər rayonunun relyefi, dağlarla əhatə olunması aeroport tikintisi üçün o qədər də əlverişli deyildi. Məhz bu səbəbdən aeroportun Laçın rayonunda tikilməsinə qərar verildi. Laçın beynəlxalq hava limanına bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Hərbi əhəmiyyəti baxımından Laçında tikiləcək hava limanını xüsusi qeyd etmək lazımdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarabağda tikilən hava limanlarının region üçün əhəmiyyəti nədir?”

Tövsiyə xəbərlər