İşğaldan azad edilən ərazilərdə yeni milli parklar yaradılacaq. Bunu oktyabrın 19-da Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Artıq bu parkların yerləri də müəyyən edilib. Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir.
O, bildirib ki, bununla bağlı nazirliyin xüsusi layihəsi var: “Layihənin reallaşdırılması üzrə artıq aidiyyəti qurumlara təkliflər verilib. Təkliflərə cavab veriləndən sonra bu istiqamətdə işlərə başlanılacaq”.