Qarabağdakı kitabxanalarla bağlı yeni layihə başlayıb

“Karabakh is Azerbaijan!” Milli Platformasının fəalları ölkənin işğaldan azad edilmiş ərazilərində açılacaq kitabxanalar üçün könüllü olaraq kitabların toplanılmasına başlayıblar. Bu barədə platformanın koordinatoru Bəxtiyar Rəhimov 9 sentyabr tarixində bildirib.

Koordinatorun sözlərinə görə, hədiyyə olunan kitabların sahibləri barəsində siyahılar tərtib olunacaq və onlar haqqında qısa məlumatlar qeyd ediləcək.

Bəxtiyar Rəhimov bildirib ki, artıq platformanın könüllüləri Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində 1000-dən çox kitab toplayıblar.

Layihəyə qoşulmaq istəyənlər link-dən istifadə edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarabağdakı kitabxanalarla bağlı yeni layihə başlayıb”

Tövsiyə xəbərlər