Sentyabrın 30-da UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” Kiprin “Omoniya” komandasını səfərdə 4:1 hesabı ilə məğlub edib.
İlk yarıda Kipr təmsilçisi önə keçsədə, ikinci yarıda “Qarabağ” 4 cavabsız top vuraraq qələbə qazanıb.
Qrupun digər oyununda İsveçrənin “Bazel”i Qazaxıstanın “Kayrat”ını 4:2 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra “Qarabağ” 4 xalla H qrupunun lideridir.
Qurban Qurbanovun yetirmələri növbəti oyunlarını oktyabrın 21-də Bakıda “Kayrat”a qarşı keçirəcəklər.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.