Qarabağın bərpasında hansı ölkələr iştirak edəcək?

Artıq işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Bu prosesdə həm yerli, həm də xarici ölkələrin şirkətləri iştirak edir.

ABŞ-ın Azərbaycandakı səfiri ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazır olduqlarını, su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

Hazırda həm Türkiyənin, həm də İtaliyanın şirkətləri ilə əməkdaşlıq həyata keçirilir. İtaliya şirkətləri enerji sistemində, Türkiyə isə nəqliyyat daxil olmaqla infrastrukturun formalaşmasında yaxından iştirak edir. Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq.

Azərenerji ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro, Fransa isə 400 min avro təklif edib. Böyük Britaniya Azərbaycana 500 min funt sterlinq məbləğində yardım ayırıb.

2021-ci ilin dövlət büdcəsindən Qarabağın bərpası üçün 2 milyard manat vəsait ayrılmışdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarabağın bərpasında hansı ölkələr iştirak edəcək?”

Tövsiyə xəbərlər