Qarabağın kənd təsərrüfatı potensialı

İşğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. İndi regionun aqrar sahədə əvvəlki halına qaytarılması üçün hazırlıq işləri görülür.

İşğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının bərpası üçün ilk növbədə torpaqlar bərpa olunmalı, meliorasiya, irriqasiya sistemləri quraşdırılmalıdır. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru bildirib.

O, qeyd edib ki, Qarabağın 155 min hektarlıq əkin dövriyyəsi ölkənin ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. 400 min başlıq iri buynuzlu və 1,5 milyon başlıq isə xırda buynuzlu heyvan sürüsü formalaşdırılacaq.

Burada 45 min ton ət, 200 min tondan çox süd istehsalı proqnozlaşdırılır. İri heyvandarlıq təsərrüfatları ən çox Kəlbəcər, Laçın, Qubadlı rayonlarında formalaşacaq. Bu regionda, həmçinin arıçılıq üçün də böyük perspektivlər var.

Ağdam, Cəbrayıl, Zəngilan rayonlarında üzümçülüyün bərpası perspektivi genişdir. Ağdam və Füzuli rayonlarında pambıqçılıq sahələrinin ümumi artımı olacaq: “Həmçinin bu iki rayonda ölkədə istehsal olunan tərəvəzin 5-6%-i həcmində tərəvəz istehsalı olacaq”.

Kənd Təsərrüfatı Nazirliyi Azərkosmos ilə birlikdə əkin torpaqlarının xəritələşməsini aparıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarabağın kənd təsərrüfatı potensialı”

Tövsiyə xəbərlər