TÖVSİYƏ XƏBƏRLƏR

Qarabağ ərazisindəki qeyri-qanuni silahlı separatçı qrupların tərksilah prosedurları həyata keçirilir

Hazırda hər iki tərəfin iştirakı ilə Azərbaycanın Qarabağ ərazisindəki qeyri-qanuni silahlı separatçı qrupların tərksilah edilməsi və ləğvinin təşkili üçün praktiki prosedurlar həyata keçirilir.

Bu barədə 20 sentyabr tarixində AZfront Telegram kanalın müxbiri xəbər verir.

Sentyabrın 19-da və 20-də günün ortalarına kimi Azərbaycanın həyata keçirdiyi əks-terror əməliyyatı nəticəsində separatçılar tam təslim olduqlarını elan ediblər. Onların qanunsuz inzibati strukturları və silahlı birləşmələri ləğv ediləcək.