TÖVSİYƏ XƏBƏRLƏR

Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir,  ərazidə kommunikasiya xətləri bərpa olunur.

Bu barədə 30 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib”, – məlumatda qeyd olunub.