“Qarabağ” klubu yay transfer dönəmində ilk transferini açıqlayıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
“Köhlən atlar”ın rəsmi saytına istinadən xəbər verilir ki, “Zirə”dən ayrılmış Hamidu Keyta ilə üçillik müqavilə imzalanıb.
28 yaşlı fransalı hücumçu Ağdam təmsilçisində 17 nömrəli formanı geyinəcək.
Hamidu Keyta ötən ilin əvvəlində “Zirə”yə keçmişdi.
