TÖVSİYƏ XƏBƏRLƏR

“Qarabağ” – “Olimpiya” oyununu yayımlayacaq kanal müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab qarşılaşması “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bu barədə 29 avqust tarixində Report məlumat verib.

31 avqust saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımda təqdim olunacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx