“Qarabağ – Qalatasaray” yoldaşlıq oyununun biletlərinin qiyməti məlum olub. Bu barədə Oxu.az 14 mart tarixində xəbər verib.
“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.
Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur. Oxu.Az saytının əldə etdiyi məlumata görə, ən ucuz bilet 3 manata satılacaq. Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa, sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.
“Qarabağ” – “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.