TÖVSİYƏ XƏBƏRLƏR

Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Bərdə şəhərində yerləşən mərkəz həftənin 5 günü saat 9:00-dan 18:00-dək vətəndaşları qəbul edir.

Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir.

Mərkəzdə 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir.

Gün ərzində mərkəzdə orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.

Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx