İşğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 16,9%-i xərclənib. Bu barədə 9 avqust tarixində Maliyyə Nazirliyi rəsmi səhifəsində məlumat yayıb.
Cari ilin dövlət büdcəsində yenidənqurma işlərinə 2,2 milyard manat vəsait ayrılıb. 2021-ci ilin ilk altı ayı ərzində bərpa işlərinə 372,1 milyon manat xərclənib.
Əsas görülən işlərdən Füzuli şəhərində tikilən aeroportu, “Zəfər yolu”nun və bir sıra yeni yolların çəkilməsini, dəmir yollarının yenidən qurulmasını və binaların bərpasını qeyd etmək olar.