“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Bu barədə 3 noyabr tarixində Report məlumat verib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya “Frayburq”unu qəbul edib.
Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.
G qrupunun digər matçında “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ına 0:2 hesabı ilə yenilib. 14 xala malik “Frayburq” qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran “Nant” Avropa Liqasında pley-offa vəsiqə qazanıb. “Qarabağ” 8 xalla üçüncü olubsa, “Olimpiakos” 2 xalla sonuncu yeri tutub.