Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirib. Bu barədə 27 mart tarixində İnsanoid məlumat verir.
Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşüb. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyırdı.
Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib – 1:0.
“Köhlən atlar”ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib.
İlk hissə 1:1-lik hesabla başa çatıb.
Oyunun 87-ci dəqiqəsində İstanbul təmsilçisi 2:1 hesabı ilə önə keçib.
“Qalatasaray”ın hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib.
Qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.
Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyiblər. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıblar.