Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılır

Martın 24-də saat 15:00-da işğaldan azad olunmuş ərazilərə təşkil olunan müntəzəm avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılacaq. Bu barədə martın 17-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətlərini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlərin alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 526 reys həyata keçirilib və 22 min 497 sərnişin işğaldan azad olunmuş ərazilərə səfər edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx