TÖVSİYƏ XƏBƏRLƏR

Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardımın həcmi açıqlanıb

20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”. Bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib. Bu barədə 22 sentyabr tarixində Report məlumat verib.

“Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcə də iki ədəd içərisində çörək olan maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra məhsullar əhaliyə paylanacaq”, – deyə Mirəli Feyziyev bildirib.

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini qeyd edib.