Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektə baxış keçirilib.
Bu barədə 29 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmilərlə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.