Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə İnsanoid bu gün, 28 sentyabr tarixində xəbər verir.
Qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyanın imzaladığı “qərar”a əsasən, bütün qurumlar və təşkilatlar fəaliyyətini dayandırır.
Bununla da “Dağlıq Qarabağ Respublikası” öz mövcudluğuna son verir.