Tanınmış diktor Ramiz Qafarov vəfat edib. Bu barədə İnsanoid bu gün, 27 oktyabr tarixində xəbər verir.
O, ötən gün axşam saatlarında ürəktutmadan dünyasını dəyişib.
Məlumata görə, onun “Spartak” – “Xarı bülbül” voleybol matçında halı pisləşib. R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.
Ramiz Qafarov həm də “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.