“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub. Bu barədə 2 sentyabr tarixində Report xəbər verib.
Ölkə çempionu sentyabrın 21-də, I turda Norveç “Molde”sini qəbul edəcək, 5 oktyabr tarixində isə II turda İsveçdə “Hakken”in qonağı olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi “Bayer Leverkuzen”lə qarşılaşacaq.
Noyabrın 30-da Ağdam klubu V-ci tur çərçivəsində “Molde”nin qonağı olacaq. Dekabrın 14-də isə, sonuncu turda “Qarabağ” Bakıda “Hakken” ilə üz-üzə gələcək.