“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində rəqibləri müəyyənləşib. Bu barədə İnsanoid bu gün, 1 sentyabr tarixində xəbər verir.
Fransanın Monako şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionunun rəqibləri açıqlanıb.
Püşk zamanı Qurban Qurbanovun yetirmələrinin “Bayer Leverkuzen” (Almaniya), “Molde” (Norveç), və “Hakken” (İsveç) qrupdan çıxmaq uğrunda mübarizə aparacağı məlum olub.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.
Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.
A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).
B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).
C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).
D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).
E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).
F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).
G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).
H qrupu: “Bayer Leverkuzen” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç).