Qaradağ rayonunda daş karxanasında fəhlə işləyən 49 yaşlı şəxs ehtiyatsızlıqdan həlak olub. Bu barədə iyunun 28-də Baş Prokurorluq məlumat yayıb.
Hadisə iyunun 25-də Güzdək qəsəbəsində qeydə alınıb. Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində xəsarətlər alaraq hadisə yerində ölüb.
Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.