Qarayazı dövlət qoruğunda ova cəhd edən şəxslər saxlanılıb

Avqustun 19-da Qarayazı Dövlət Təbiət Qoruğunda Kür çayının qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini və Ağstafa rayon sakini olduğu məlum olub. Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb.

Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit kimi balıqlar Kürün daimi sakinləridir. Qoruğun əsas funksiyalarından biri buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qarayazı dövlət qoruğunda ova cəhd edən şəxslər saxlanılıb”

Tövsiyə xəbərlər